İran ABŞ-ın döyüş əməliyyatlarının dayandırılmasına dair memoranduma “xəyanət edəcəyi” təqdirdə ümummilli müdafiəyə keçməyə hazırdır.
Bu barədə İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib. Siyasətçinin açıqlaması onun “Telegram” kanalında yayımlanıb.
“Biz ölkəmizin müdafiəsinə hazırlığı heç vaxt dayandırmamışıq. Amerikalılar memoranduma münasibətdə xəyanətə yol verəcəkləri istənilən anda İran total müdafiəyə hazır olacaq”, — deyə Qalibaf vurğulayıb.

