ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian qarşılıqlı anlaşma memorandumunu imzalayıblar.
Bu barədə NewsNation-ın jurnalisti Kelli Meye məlumat yayıb.
Onun sözlərinə görə, sənəd daha əvvəl elektron formatda ABŞ vitse-prezidenti Cey Di Vens və İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf tərəfindən imzalanmışdı.
Daha sonra memoranduma iki ölkənin dövlət başçıları — Donald Tramp və Məsud Pezeşkian imza atıblar.
Jurnalistin paylaşımında memorandumun məzmunu ilə bağlı əlavə detallar açıqlanmayıb.

