Tehranın Vaşinqton ilə aparılan danışıqlarda nümayəndəsi kimi İran parlamentinin spikeri Məhəmməd-Baqir Qalibaf çıxış edir.
Bu barədə The Jerusalem Post nəşri məlumat yayıb.
Məlumata görə, Məhəmməd-Baqir Qalibaf ABŞ ilə danışıqları aparan əsas fiqurlardan biridir.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp son iki gün ərzində ABŞ və İran arasında Yaxın Şərqdə döyüş əməliyyatlarının dayandırılması ilə bağlı “çox yaxşı və məhsuldar” danışıqların keçirildiyini bildirmişdi.
“Məhəmməd-Baqir Qalibaf ABŞ ilə danışıqlar aparır,” – deyə materialda qeyd olunub.

