ABŞ Prezidenti Donald Trampın FİFA prezidenti Canni İnfantinonun BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürmək niyyətində olduğu bildirilir.
Bu barədə “The New York Post” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, 56 yaşlı İnfantino Şimali Amerikada keçirilən futbol üzrə dünya çempionatı zamanı Trampla yaxın münasibətlər qurub.
Mediada bildirilir ki, FİFA rəhbəri ABŞ prezidenti ilə əlaqələri gücləndirməyə çalışıb və onu turnirin proqramına fəal şəkildə daxil edib. İnfantino dekabr ayında Trampa FİFA tərəfindən təsis olunan ilk Sülh Mükafatını da təqdim edib.
Ağ Evə yaxın mənbənin sözlərinə görə, Tramp İnfantinonu bütün dünyada hörmət qazanan şəxs hesab edir. ABŞ prezidentinin FİFA rəhbərinin insanları bir araya gətirmək bacarığını da yüksək qiymətləndirdiyi bildirilir.

