FIFA-nın 2026-cı il dünya çempionatından 15 milyard dollar gəlir əldə edəcəyi bildirilir.
Bu barədə The Guardian məlumat yayıb.
Nəşrin yazdığına görə, FIFA əvvəlcə turnirdən 11 milyard dollar qazanmağı planlaşdırırdı. Lakin bilet satışlarından daxilolmaların artması nəticəsində gözlənilən gəlir 15 milyard dollara yüksəlib.
Mənbə hesab edir ki, FIFA-nın maliyyə fondunun genişlənməsi milli futbol federasiyalarına da əlavə gəlir qazandıra bilər. Bununla belə, federasiyalara ediləcək ödənişlərin detalları hələ razılaşdırılmayıb.
Bildirilir ki, rekord gəlir FIFA prezidenti Canni İnfantinonun mövqelərini gücləndirə bilər.
The Guardian həmçinin iddia edib ki, İnfantino daha əvvəl ABŞ millisinin hücumçusu Folarin Baloquna göstərilən qırmızı vərəqənin ləğvi ilə bağlı tənqidlərə məruz qalıb. Nəşrin məlumatına görə, qərar ABŞ Prezidenti Donald Trampın telefon zəngindən sonra verilib.
Mənbə yüksək gəlirin ABŞ-nin yaxın gələcəkdə daha bir dünya çempionatına ev sahibliyi etmək imkanlarını artıra biləcəyini də qeyd edib.

