ABŞ-nin keçmiş prezidenti Co Baydenin oğlu Hanter Bayden milyonlarla dollarlıq borcunu ödəmək məqsədilə özünün çəkdiyi rəsmləri satmağa çalışır.
Bu barədə “New York Post” Bayden ailəsinə yaxın mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Hanter Bayden rəsm biznesini tanıtmaq üçün ultrasağçı siyasətçi və bloqerlərin platformalarından istifadə edir. Onun Kendis Ouens və Nik Fuentes kimi şəxslərin podkastlarına qatıldığı bildirilir.
Bayden hazırda “Müşahidəçilər” adlı rəsm əsərini 54 min dollara satışa çıxarıb.
O, Fuentes və Ouenslə birgə podkastlarda yaradıcılığı barədə danışıb. Nəşrin mənbəsinin iddiasına görə, Baydenin bu addımı solçu bloqer və siyasətçilərin narazılığına səbəb olub.
Hanter Bayden satılan hər rəsmə həmin əsər haqqında fikirlərini səsləndirdiyi qısa video da əlavə edir.
“New York Post”un mənbəsi bildirib ki, Bayden podkastlara əsasən şöhrətini artırmaq və rəsmlərini tanıtmaq məqsədilə qatılır:
“Bu, onun rəsmlərin təbliği üçün media strategiyasının bir hissəsidir. O, qalmaqalların ardınca gedir”.

