Finlandiya Rusiya ilə sərhəddə yerləşən bütün baryerlərdə vəhşi heyvanlar üçün nəzərdə tutulan keçidləri müvəqqəti bağlayıb.
Finlandiya Sərhəd Mühafizəsinin sosial şəbəkələrdə yaydığı məlumata görə, qərar ölkədə Afrika donuz taununun aşkarlanması ilə əlaqədardır.
Qurum bildirib ki, tədbir virusun vəhşi heyvanlar vasitəsilə yayılmasının qarşısını almaq məqsədi daşıyır.
Afrika donuz taunu ev və vəhşi donuzlar arasında yayılan, yüksək yoluxuculuq və ölüm göstəricisi ilə xarakterizə olunan virus xəstəliyidir. İnsanlar üçün təhlükəli hesab edilmir.
Hazırda bu virusa qarşı effektiv peyvənd mövcud deyil.

