"NATO Pribaltikada Rusiyanın qarşısını almağa çalışır".
Den.az xəbər verir ki, bunu Rusiya Dəniz İdarə Heyətinin sədri Nikolay Patruşev deyib.
“NATO-nun Baltikyanı, Finlandiya körfəzində anqlosakslar tərəfindən koordinasiya edilən hərəkətləri Leninqrad və Kalininqrad vilayətlərindəki limanlarımızın işini iflic etmək məqsədi ilə Rusiyanı blokadaya almaq cəhdlərini əks etdirir”, - o bildirib.
Patruşev əlavə edib ki, NATO ölkələri terror üsullarından istifadə edir. Nümunə olaraq o, piratların Baltik dənizində "Eagle S" gəmisini qaçırmasını göstərib.
Ötən ilin dekabrında Finlandiya Sərhəd Xidməti Sankt- Peterburqdan çıxan "Eagle S" neft tankerini Baltik dənizində saxlayıb.
Yanvarın 22-də Finlandiya prezidenti Aleksandr Stubb bildirib ki, 2024-cü ilin sonunda Baltik dənizinin dibində sualtı kabellərin zədələnməsi hadisəsi ilə bağlı araşdırmalar davam edir. Onun sözlərinə görə, hadisənin üç səbəbi nəzərdən keçirilir: təxribat, səhv və ya bacarıqsızlıq.
Günəş Fərəh
Den.az
NATO Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇDİ

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.