İsveçrə Alplarında dünyanın ən varlı insanları üçün dağın 100 metrdən çox dərinliyində qorunan yeraltı məkanlar tikilir.
Bu barədə Almaniyanın Bild nəşri məlumat yayıb.
Layihəyə əsasən, sahiblər yeraltı anbarlarda pul, qızıl, incəsənət əsərləri və hətta bahalı avtomobillərini saxlaya biləcəklər.
Layihəni sahibkar Tomas Qasserin Brünig Mega Safe AG şirkəti həyata keçirir.
Jurnalistlərin məlumatına görə, yeraltı anbarların tikintisinə 2026-cı ilin yanvarında başlanılıb, ilk obyektlərin isə 2028-ci ildə istifadəyə hazır olması gözlənilir.
Bir belə məkanın 99 il müddətinə istifadə hüququnun təxminən 1 milyon avroya başa gələcəyi bildirilir.

