Son bir il ərzində dünyanın ən varlı insanlarının sərvəti 2,5 trilyon dollar artaraq rekord hədd — 18,3 trilyon dollara çatıb. Artım 16 faiz təşkil edib.
Bu barədə CNN telekanalı Oxfam təşkilatına istinadən məlumat yayıb. Oxfamın hesablamalarına görə, 2025-ci ildə milyarderlərin sərvəti əvvəlki beş ilin orta göstəricisindən üç dəfə daha sürətlə artıb.
“2025-ci ilin noyabr ayının sonunda onların sərvəti rekord səviyyə — 18,3 trilyon dollar həddinə çatıb”, — deyə məlumatda bildirilir.
Qeyd edək ki, dekabrın sonunda Bloomberg agentliyi **Donald Trump**un ailəsinin sərvətinin 1,5 il ərzində təxminən 70 faiz artdığını yazmışdı.

