Ermənistan Baş Prokurorluğu ölkənin keçmiş prezidenti Robert Koçaryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ittihamları irəli sürüb.
Ermənistan Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, araşdırma çərçivəsində 9 nəfərə, o cümlədən Robert Koçaryanın böyük oğluna da ittiham verilib.
Prokurorluğun açıqlamasında bildirilir ki, 24 avqust 2026-cı ildə Ermənistanın ikinci prezidenti R.K. barəsində ictimai cinayət təqibi başlanıb.
O, 3 epizod üzrə vəzifə səlahiyyətlərindən sui-istifadə, 2 epizod üzrə xüsusilə külli miqdarda rüşvət alma və 4 epizod üzrə xüsusilə külli miqdarda çirkli pulların yuyulmasında ittiham olunur.
Bundan əvvəl Ermənistan Mərkəzi Seçki Komissiyası prokurorluğun Robert Koçaryan barəsində cinayət işi başlanması ilə bağlı vəsatətini təmin etmişdi.
Koçaryanın vəkili Aram Orbelyan bildirib ki, əvvəlki ittihamlara əlavə olaraq cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması ittihamı da irəli sürülüb.

