Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Sedrak Koçaryan Antikorrupsiya Komitəsinə aparılıb.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bildirilib ki, hazırda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Robert Koçaryanın evindədirlər və hüquq-mühafizə orqanları evdə axtarışları davam etdirirlər.
Məlumata görə, Koçaryan ailəsinin üzvləri də hazırda evdədirlər.

