Bosniya serbləri ordusunun keçmiş komandanı general Ratko Mladiç 84 yaşında vəfat edib.
Reuters Serbiyanın Informer telekanalına istinadən xəbər verir ki, Mladiç son iki ili Haaqadakı həbsxana xəstəxanasında keçirib. Son dövrlərdə onun yataq xəstəsi olduğu bildirilirdi.
Ailəsi səhhətinin ağırlaşmasını əsas gətirərək daha əvvəl bir neçə dəfə onun humanitar səbəblərlə azadlığa buraxılmasını xahiş etmişdi.
Ratko Mladiç 2011-ci il mayın 26-da Serbiyada saxlanılıb və Haaqaya ekstradisiya edilib.
2017-ci ilin noyabrında keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal onu ömürlük həbs cəzasına məhkum edib.
Məhkəmə Mladiçi 1992–1995-ci illərdə Bosniya və Herseqovinada müharibə zamanı törədilmiş soyqırım, müharibə cinayətləri və insanlığa qarşı cinayətlərdə təqsirli bilib.
Denmedia.az

