ABŞ Prezidenti Donald Tramp Texas ştatından respublikaçı senator Ted Kruzun 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürə biləcəyini bildirib.
Jurnalistlərin bununla bağlı sualını cavablandıran Tramp belə bir ehtimalın mümkün olduğunu deyib.
ABŞ Prezidenti həmçinin Ted Kruzu “istedadlı” siyasətçi hesab etdiyini qeyd edib.
Bununla belə, respublikaçı senator hələlik 2028-ci il prezident seçkilərində namizəd olacağını rəsmən açıqlamayıb.

