Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaraa kürd silahlı birləşmələri – Suriya Demokratik Qüvvələrinin (SDF) keçmiş rəhbəri Mazlum Abdini öz müşaviri təyin edib.
SANA agentliyinin prezident fərmanına istinadən yaydığı məlumata görə, Mustafa Xəlil Abdi, daha çox Mazlum Abdi kimi tanınan şəxs, Suriya prezidentinin müşaviri vəzifəsinə təyin edilib.
“Mustafa Xəlil Abdi, Mazlum Abdi kimi tanınan şəxs, respublika prezidentinin müşaviri təyin edilir”, – fərmanda bildirilib.
Qeyd edək ki, avqustun 26-da Rusiya Prezidenti Vladimir Putin Əhməd əş-Şaraa ilə telefon danışığı aparıb. Tərəflər ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib, siyasi dialoqu, ticarət-iqtisadi, humanitar və digər əlaqələri dərinləşdirməyə hazır olduqlarını bildiriblər.
Bundan əvvəl Rusiya və Suriyanın yeni hakimiyyəti Xmeymim və Tartusdakı iki Rusiya hərbi bazasının gələcək statusu ilə bağlı razılığa gəlib.
Məlumata görə, tərəflər Rusiyanın Suriyadakı mövcudluğunun yenidən təşkil edilməsini nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. Xmeymim hava limanı və Tartus limanındakı kommersiya körpüsü kimi mülki obyektlərin Suriya hakimiyyətinin nəzarətinə verilməsi, hərbi bazaların isə Suriya hərbçilərinin hazırlanması üzrə birgə mərkəzlərə çevrilməsi nəzərdə tutulur.

