Kosmosa uçan ilk peşəkar jurnalist Toyohiro Akiyama 84 yaşında vəfat edib.
Bu barədə Yaponiya parlamentinin yuxarı palatasının deputatı Hideya Sugio sosial şəbəkədə məlumat verib.
Akiyamanın dəfn mərasimi qapalı şəkildə keçirilib. Ölüm səbəbi açıqlanmır.
Toyohiro Akiyama 1990-cı ildə jurnalist kimi “Soyuz TM-11” kosmik gəmisi ilə kosmosa uçub. “Mir” orbital stansiyasında olduğu müddətdə o, bir neçə reportaj və videodərs hazırlayıb, həmçinin eksperimentlər həyata keçirib.
Kosmik uçuşundan sonra jurnalist məqalə yazıb və kosmik turizmin inkişafı ilə bağlı materiallar dərc etdirib.
Daha sonra Akiyama TBS teleşirkətində çalışıb, həmçinin universitetdə dərs deyib.
Bundan əvvəl məşhur yapon rəssamı Yayoi Kusamanın 97 yaşında Tokiodakı xəstəxanalardan birində vəfat etdiyi bildirilmişdi. Nöqtəli naxışları ilə tanınan Kusama müasir Yaponiya incəsənətinin ən məşhur simalarından biri idi.

