Əqli Mülkiyyət Agentliyinin “Əqli mülkiyyət” jurnalının baş redaktoru, tanınmış jurnalist Ədalət İsmayılov (Ədalət Mədətoğlu) 58 yaşında vəfat edib. Məlumat sosial mediada yayılıb.
Ədalət Mədətoğlu uzun illər Azərbaycan mediasında fəaliyyət göstərib. O, müxtəlif dövrlərdə “Elm”, “İntibah”, “Əlillər”, “Kaspi”, “New Baku Post” qəzetləri, eləcə də BBC radiosu və digər media qurumlarında çalışıb.
2019-cu ildən Əqli Mülkiyyət Agentliyinin “Əqli mülkiyyət” jurnalına rəhbərlik edən jurnalist həmçinin bədii yaradıcılıqla məşğul olub və bir neçə kitabın müəllifi kimi tanınıb.
Qeyd edək ki, Ədalət Mədətoğlu 17 avqust 2026-cı ildə dünyasını dəyişib.

