Heykəlləri, rəsm əsərləri və immersiv instalyasiyaları ilə dünya şöhrəti qazanan yapon avanqard rəssam Yayoi Kusama 97 yaşında vəfat edib.
Rəssamın rəsmi şirkəti bildirib ki, Kusama 14 avqust 2026-cı ildə Tokiodakı xəstəxanada dünyasını dəyişib. Onun ölüm xəbəri avqustun 27-də rəsmi şəkildə açıqlanıb.

"Xallı naxışlar kraliçası"kimi tanınan Kusama müasir incəsənətin ən fərqli və tanınan simalarından biri idi. Xallı haxışlar, balqabaq fiqurları və “Infinity Mirror Rooms” – sonsuzluq güzgü otaqları onun yaradıcılığının əsas simvollarına çevrilmişdi.

Kusamanın həyatı da yaradıcılığı qədər qeyri-adi olub. O, 1977-ci ildən etibarən könüllü şəkildə psixiatriya xəstəxanasında yaşayıb, lakin yaxınlıqdakı studiyasında yaradıcılığını davam etdirib. Rəssam ölümündən əvvəlki günlərədək işləməyə davam edib.
Onun parlaq qırmızı pariki və fərqli geyimləri zamanla özünün də vizual imzasına çevrilmişdi.

Kusama 1957-ci ildə ABŞ-yə köçərək Nyu-York avanqard sənət mühitinin mühüm simalarından biri olub. Sonrakı onilliklərdə isə əsərləri dünyanın aparıcı muzey və qalereyalarında nümayiş etdirilib.

