Ankara Baş Prokurorluğu Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu barəsində “prezidenti təhqir etmə” ittihamı ilə araşdırmaya başlayıb.
CNN Türk xəbər verir ki, araşdırmaya Davudoğlunun 14 aprel 2022-ci ildə səsləndirdiyi fikirlər səbəb olub.
Bildirilib ki, siyasətçinin həmin dövrə aid paylaşımları bir neçə ildən sonra sosial şəbəkələrdə yenidən geniş yayılmağa başlayıb. Bundan sonra Ankara Baş Prokurorluğu araşdırmaya başlayıb.
Qeyd edək ki, Əhməd Davudoğlu 29 iyul 2026-cı ildə siyasi karyerasını başa vurduğunu elan edib.

