Ankara Prokurorluğu, pedofiliyada ifşa olunmuş maliyyəçi və sutyor Ceffri Epşteyn işi üzrə yeni sənədlərdə yer alan türk qızlarının oğurlanması iddiaları, eləcə də Türkiyə ilə bağlı digər məlumatlar əsasında araşdırmaya başlayıb.
Bu barədə Cumhuriyet qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, araşdırma yanvar ayının sonunda X platformasında müxalif İYİ Partiyasından parlament deputatı Turan Çömezin paylaşdığı postdan sonra başlanıb.
Sözügedən paylaşımda Epşteyn sənədlərinə istinad edilərək azyaşlı qızların Türkiyədən Epşteynin adasına aparıldığı iddia olunurdu.

