ABŞ Avropa sənayesini zəiflədərək istehsal güclərini, texnologiyaları və nou-haunu Avropadan öz ərazisinə köçürməyə çalışır. Bu fikri Fransanın keçmiş prezidenti Şarl de Qollun nəvəsi, Lev Tolstoy adına Beynəlxalq Sülh Mükafatı münsiflər heyətinin sədr müavini Pyer de Qoll RİA Novosti-yə müsahibəsində səsləndirib.
Onun fikrincə, Avropa liderlərinin baş verənləri dərk etməsinin və Avropaya zərər verən siyasətdən əl çəkməsinin vaxtıdır.
Pyer de Qoll həmçinin onun sözləri ilə desək, öz ölkələrinə ciddi zərər vuran, Avropanın dağılmasına töhfə verən və Ukrayna münaqişəsini “qidalandıran” “qlobalist liderlərdən” uzaqlaşmağın zəruri olduğunu bildirib.
Qeyd edək ki, bunlar Pyer de Qollun şəxsi siyasi qiymətləndirmələridir.
Denmedia.az

