Parisdəki Şarl-de-Qoll hava limanı yaxınlığında böyük yanğın baş verib.
Bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, hava limanı ətrafında qalın qara tüstü müşahidə olunur.
Yanğının səbəbi hələlik məlum deyil.
Hadisə nəticəsində xəsarət alanlarla və ya hava limanının fəaliyyətinin dayandırılması ilə bağlı rəsmi açıqlama verilməyib.
Hadisənin təfərrüatları araşdırılır.

