ABŞ Prezidenti Donald Tramp Türkiyəni sevdiyini və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı hər zaman sevindirəcəyini bildirib.
“Mən Türkiyəni sevirəm. Prezident Ərdoğan mənim dostumdur və mən onu hər zaman məmnun edəcəyəm”, – deyə Ağ Ev rəhbəri bildirib.
Bu arada, Türkiyə hökumətindəki mənbənin məlumatına görə, Ankara ABŞ-dan F-16 qırıcılarının tədarükü ilə bağlı konkret addımlar gözləyir.
Sentyabr ayında iki ölkə arasında F-16 qırıcılarının alınması və modernləşdirilməsi ilə bağlı danışıqlar bərpa olunub.
Tərəflər Türkiyənin 40 ədəd yeni F-16 Block 70 qırıcısı alması, eləcə də ölkənin mövcud döyüş təyyarələrinin modernləşdirilməsi imkanlarını müzakirə edirlər.

