“Neuralink” şirkətinin top-meneceri Şivon Zilis amerikalı milyarder İlon Maskla münasibətlərinin başa çatdığını açıqlayıb.
O, bu barədə X sosial şəbəkəsində paylaşım edib.
Zilis bildirib ki, Mask üçün darıxacaq, lakin onunla dostluq münasibətlərini qorumağa və dörd övladlarının qayğısına birlikdə qalmağa ümid edir.
“Onu həyatımdan da çox sevirdim. O, mənə yüz ilə bəs edəcək biliklər qazandırdı və həyatıma məna qatdı. Buna görə də bu ayrılıq mənim üçün böyük itkidir. Amma xoşbəxtlikdən, dörd gözəl balaca övladımız var”, – deyə Zilis yazıb.
Şivon Zilis paylaşımına Maskla şəxsi yazışmasının ekran görüntüsünü də əlavə edib.

