SpaceX şirkətinin qurucusu İlon Mask X sosial şəbəkəsində bildirib ki, bir il ərzində tarixdə ən böyük vergi məbləği olan 10 milyard dollar ödəyib.
Dünyanın ən varlı şəxsi qeyd edib ki, ölümündən sonra əmlaka görə əlavə olaraq 40 faiz vergi tutulacaq və ümumilikdə onun hesablamasına görə “trilyonlarla dollar vergi” ödənilməli olacaq.
Bir il ərzində 10 milyard dollar vergi ödəmişəm — indiyədək heç kim bu qədər vergi ödəməyib, — deyə paylaşımda bildirilir.

