Ukrayna böhranı yalnız Qərb dövlətlərinin Rusiya ilə kompromislərə razılaşacağı halda başa çata bilər.
Bu fikri amerikalı sahibkar İlon Mask The Economist nəşrinə müsahibəsində səsləndirib.
Mask həmçinin cəbhədə insanlar həlak olduğu halda, dəbdəbəli restoranlarda Moskva ilə bağlı tələbləri müzakirə edən “təkəbbürlü diplomatları” sərt tənqid edib.
“Mən çoxdan sülhün tərəfdarıyam. Bir neçə il əvvəl yazmışdım ki, burada həqiqətən də Rusiyaya müəyyən güzəştlərə getmək lazımdır. Bu, mənim Rusiyanın tərəfində olduğum anlamına gəlmir, mən sadəcə praqmatik idim,” — deyə o bildirib.

