Qüdsdə yerləşən Yəhudi Xalqı Siyasəti İnstitutunun (JPPI) yayımladığı sorğuda israillilərin təhlükə kimi qiymətləndirdiyi səkkiz ölkə müəyyənləşdirilib.
Sorğunun nəticələrinə görə, israillilər üçün ən böyük xarici təhlükə İran hesab olunur. Türkiyə isə siyahıda ikinci yerdə qərarlaşıb.
JPPI-nin məlumatına əsasən, Türkiyə son dövrdə İsrail üçün getdikcə daha çox diqqət tələb edən regional aktor kimi qiymətləndirilir. İsrail və Türkiyənin xüsusilə Suriya və Şərqi Aralıq dənizi ilə bağlı maraqlarının toqquşması bu yanaşmaya təsir edən amillər sırasında göstərilir.
Sorğuda israillilərin təhlükə səviyyəsinə görə qiymətləndirdiyi ölkələr belə sıralanıb:
1. İran
2. Türkiyə
3. Livan
4. Qətər
5. Suriya
6. Yəmən
7. Misir
8. Səudiyyə Ərəbistanı
JPPI-nin ayrıca strateji qiymətləndirməsində də Türkiyənin İsrail üçün “artan çağırış” kimi qəbul edildiyi vurğulanır. Bununla belə, institut Türkiyənin İranla eyniləşdirilməsinin düzgün olmadığını və iki ölkə arasında fikir ayrılıqlarının idarə olunmasına imkan verən diplomatik kanalların hələ də mövcud olduğunu qeyd edir.
Sorğunun nəticələri göstərir ki, İran İsrail cəmiyyətində əsas təhlükə kimi qalmaqda davam etsə də, Türkiyənin regional və strateji rolu İsraildə getdikcə daha çox diqqət mərkəzinə çevrilir.

