Ağ Evin yeni mətbuat katibi Keti Zakarianın ilk brifinqi administrasiya daxilində narazılığa səbəb olub.
MS NOW-un məlumatına görə, Ağ Ev rəsmilərindən biri Zakarianın çıxışını uğursuz qiymətləndirərək onun qısa müddətdə işini ciddi şəkildə yaxşılaşdırmalı olduğunu, əks halda vəzifəsini itirə biləcəyini bildirib.
“Tribunada çıxış etmək asan deyil. Amma o, uğursuz başladı. Tez və ciddi şəkildə yaxşılaşmalıdır, yoxsa Scaramuccinin rekordunu qıracaq”, – deyə anonim rəsmi bildirib.
Söhbət 2017-ci ildə Ağ Evin kommunikasiya direktoru vəzifəsində cəmi 10 gün çalışan Entoni Scaramuccidən gedir.
Zakarianın ilk brifinqi təxminən 14 dəqiqə davam edib. O, uzun giriş çıxışından sonra cəmi bir neçə jurnalistin sualını cavablandırıb və görüşü erkən yekunlaşdırıb.
Mətbuat katibi bunu Prezident Donald Trampın Alyaskaya səfərə hazırlaşması ilə izah edib. Lakin Tramp Ağ Evdən brifinq başa çatdıqdan bir saatdan çox sonra ayrılıb.
Buna baxmayaraq, Donald Tramp Zakarianı tənqid etməyib. Prezident jurnalistlərə açıqlamasında onun ilk brifinqi “çox yaxşı” keçirdiyini bildirib.

