Ağ Evin mətbuat katibi Kerolayn Livittin vəzifəsindən getməsi ABŞ Prezidenti Donald Tramp administrasiyasının bəzi üzvləri üçün gözlənilməz olub.
Bu barədə Bloomberg mənbələrə istinadən yazıb. Bildirilir ki, Tramp Livittin yerinə yeni mətbuat katibi axtarmağa tələsmir.
Mənbənin məlumatına görə, aralıq seçkiləri ərəfəsində kadr dəyişiklikləri adi hal olsa da, Livittin gedişi Ağ Evin bəzi əməkdaşları üçün sürpriz olub.
Yeni mətbuat katibi təsdiqlənənədək brifinqlərin prezident kabinetinin üzvlərinə həvalə edilməsi planlaşdırılır.
Livitt ABŞ administrasiyasında vəzifəsini tərk edən yeganə yüksəkvəzifəli əməkdaş deyil. Agentliyin məlumatına görə, milli təhlükəsizlik üzrə köməkçinin müavini Endi Beyker və Ağ Evin qanunvericilik məsələləri üzrə direktoru Ceyms Breyd də istefa veriblər.

