Məşhur psixoterapevt Anatoli Kaşpirovskinin nikahdankənar oğlu olduğunu iddia edən Aleksey Fuştey atasının dəfn yerini tapa bilmədiyini açıqlayıb.
Bu barədə o, KP.RU nəşrinə müsahibəsində danışıb.
Fuştey Kaşpirovskinin dul həyat yoldaşı Gülizar Çalbaşovanın dəfn yerini ondan qəsdən gizlətdiyindən şübhələnir.
“Gəldim, babamın, nənəmin və bacım Yelenanın dəfn olunduğu qəbiristanlığa baş çəkdim. Orada yer azdır, atamı da həmin ərazidə dəfn etməyin mümkün olub-olmayacağını bilmirəm”, – deyə o bildirib.
Fuşteyin sözlərinə görə, Kaşpirovskinin ölümündən sonra həyat yoldaşı onun zənglərinə və mesajlarına cavab verməyi dayandırıb.

O, həmçinin psixoterapevtlə qohumluğunu rəsmi şəkildə təsdiqləmək üçün DNT testi etdirmək istədiyini bildirib.
Fuştey hələ 2019-cu ildə Kaşpirovskinin varisi olduğunu iddia edib. Onun sözlərinə görə, anası vaxtilə psixoterapevtin köməkçisi işləyib, özü isə Kaşpirovski ilə əlaqə saxlayıb və telefonla uzun müddət söhbət edib.
Hazırda Aleksey Fuştey uşaqlar üçün idman məşqçisi kimi çalışır.

