Tanınmış ekstrasens, psixoterapevt və televiziya aparıcısı Anatoli Kaşpirovski 87 yaşında vəfat edib.
Denmedia.az xəbər verir ki, bu barədə onun direktoru Sergey Rudıx məlumat verib.
“Təəssüf ki, Anatoli Mixayloviç bu gün səhər saat 06:45-də vəfat edib. Onun 87 yaşı var idi”, – deyə Rudıx bildirib.
İlkin məlumata görə, Kaşpirovskinin ölümünə ürəyinin dayanması səbəb olub.
Direktorunun sözlərinə görə, ekstrasens vəfatından üç gün əvvəl arterial təzyiqinin aşağı düşməsi səbəbindən xəstəxanaya yerləşdirilib. Oktyabrın 3-də isə yaxınlarına onun ölüm xəbəri verilib.
Bildirilir ki, Kaşpirovski əvvəllər bir neçə dəfə tibbi müayinədən keçib və səhhətindən şikayət etməyib.
Hazırda ailə üzvləri onun dəfn mərasiminin təşkili ilə məşğuldurlar.

