Liviyanın keçmiş liderinin oğlu Seyf əl-İslam Qəddafinin dəfn mərasimi bütün istintaq hərəkətləri başa çatana qədər təxirə salınıb. Bu barədə onun rəsmi nümayəndəsi, Ümumliviyalı Dialoq Komitəsində vəzifə tutan Abdulla Usman məlumat verib.
Onun sözlərinə görə, cinayət yerində zəruri prosedurlar və qətlin istintaqı tamamlanmayana qədər dəfn mərasimi keçirilməyəcək. Hadisə yerinə baxış keçirildikdən sonra Seyf əl-İslamın cənazəsi onun həlak olduğu Əz-Zintan şəhərində yerləşən özəl klinikanın morquna təhvil veriləcək.
Usman həmçinin bildirib ki, hücumçular əvvəlcədən müşahidə kameralarını sıradan çıxarıb və iqamətgahın mühafizəsini zərərsizləşdiriblər.
Liviyanın rəsmi qurumları, o cümlədən Milli Birlik Hökuməti, hələlik bu məlumatlara və insidentin təfərrüatlarına dair heç bir açıqlama verməyib.

