ABŞ-nin müdafiə naziri Pit Heqset İsrailə əvvəlcədən elan olunmamış səfər edərək ölkənin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.
Bu barədə Axios portalı məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Bildirilib ki, görüş oktyabrın 19-da İsrailin cənubundakı Ovda hərbi hava bazasında keçirilib. Bazada ABŞ-yə məxsus yanacaqdoldurma təyyarələri və qırıcılar yerləşdirilib.
Mənbələrin sözlərinə görə, Heqset səfər zamanı bazadakı amerikalı hərbçilərlə də görüşüb.
Səfər ABŞ və İsrail arasında İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların mümkün bərpası ilə bağlı müzakirələr fonunda baş tutub. Lakin Netanyahu ilə görüşdə konkret hansı məsələlərin müzakirə edildiyi açıqlanmayıb.
Qeyd edək ki, səfər ABŞ Prezidenti Donald Trampın oktyabrın 27-də İsraildə keçiriləcək parlament seçkilərində Netanyahunu dəstəklədiyini bildirməsindən bir gün sonra baş tutub.

