ABŞ administrasiyasının yüksəkvəzifəli əməkdaşlarının, o cümlədən vitse-prezident Cey Di Vensin İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında görüşün keçirilməsinə mane olmağa çalışdıqları bildirilir.
Bu barədə İsrail mənbələrinə istinadən Ynet məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Netanyahu ilə Tramp arasındakı münasibətlər bəzi media orqanlarının təqdim etdiyindən daha yaxşıdır. Buna baxmayaraq, Ağ Evdəki bəzi rəsmilərin mümkün görüşə qarşı çıxdığı iddia olunur.
Onların Netanyahu tərəfindən Trampın İrana qarşı daha sərt mövqe tutmağa razı salına biləcəyindən narahat olduqları bildirilir.
Mümkün danışıqların vaxtı hələ müəyyənləşdirilməyib. ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoffun müşaviri Arye Laytstounun Netanyahu ilə görüşərək Trampla danışıqların təşkilini müzakirə edəcəyi gözlənilir.
Netanyahu gələn həftə ABŞ-yə səfər etməyi və iyulun 27-də senator Lindsi Qremin dəfn mərasimində iştirak etməyi planlaşdırır. Bununla belə, İsrailin baş naziri Trampla görüşü təsdiqlənmədən Vaşinqtona getmək niyyətində deyil.

