18 
sen
2023
18:27
222

"Rusiya qalib gəlsə, Polşaya yol açılacaq və Baltikyanı ölkələri işğal edərək yeni dünya nizamı quracaq" - SENSASİON DETALLAR

18 sen, 2023
18:27
222

"Rusiya qalib gəlsə, Polşaya yol açılacaq və Baltikyanı ölkələri işğal edərək yeni dünya nizamı quracaq" - SENSASİON DETALLAR

"Mümkün qədər ərazimizi təmizləyib irəli getməliyik, hətta yüz metrdən az olsa belə, bunu etməliyik. Putinə nəfəs almağa imkan verməməliyik". Zelenskinin bu fikirləri birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub. Bir çox siyasi analitiklər Ukraynanın əks-hücum əməliyyatlarının aşağı templə getdiyini bildirsələr də, Kiyevin müharibədə qələbə qazanmaq şanslarının artdığını dilə gətiriblər. Zelenskinin bu cür çağırışlarının isə Qərbə ünvanlandığını dilə gətiriblər.

Mövzunu "MediaPost"a şərh edən politoloq əhəd Məmmədli bildirib ki, Rusiya-Ukrayna müharibəsi geopolitik qarşıdurmadır: "Düşünürəm ki, müharibə aylarla davam edəcək. Ukrayna əks-hücumları həyata keçirsə də, Mariupol, Zaporojye kimi iri şəhərləri işğaldan azad edə bilməyib. Əks-hücumlar müsbət istiqamətdə getsə də, çox aşağı temp müşahidə olunur. Əsas odur ki, Rusiya müdafiə xəttindədir və əks hücumlar həyata keçirə bilmir. Düşünürəm ki, Zelenskinin bu çağırışı Qərbə ünvanlanıb. Çünki Rusiya Ukraynanı məğlub edərsə, Polşaya yol açılacaq və Baltikyanı ölkələri işğal edərək yeni dünya nizamı quracaq. Bu isə ABŞ və Avropanın təhlükəsizliyinə ciddi risk yaradır. Ona görə də, Zelenski bununla bağlı çağırışlar edir və Ukraynaya yardımların kəsilməməsinə çalışır. Düşünürəm ki, ABŞ və NATO bu məsələdə Ukraynaya maddi və hərbi dəstək verəcək. Beləcə "F-16"ların və uzaqmənzilli ballistik raketlərin verilməsi təmin olunacaq".



Politoloqun sözlərinə görə, bu müharibə Rusiyanın məğlub olması ilə nəticələnəcək: "Əgər Ukrayna məğlub olarsa, bu, həm MDB məkanının, həm də Avropanın işğalı demək olacaq. ABŞ isə beynəlxalq jandarm mövqeyindən geri çəkilməyə məcbur qalacaq. Həmçinin Çin də, Rusiyanın qalib olmasında maraqlı deyil. Ona görə də, Qərb və NATO bu müharibədə Ukraynanın qalib gəlməsi üçün bütün dəstəyini verəcək".

Günəş Fərəh.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar