22 
apr
2024
13:28
81

Tramp qalib gəlsə Kiyevi nələr gözləyə bilər? - ŞOK TƏFƏRRÜAT

22 apr, 2024
13:28
81

Tramp qalib gəlsə Kiyevi nələr gözləyə bilər? - ŞOK TƏFƏRRÜAT

"Rusiya və ABŞ-da seçkilər Ukraynada və bütövlükdə dünyada vəziyyətə köklü şəkildə təsir edəcək. Donald Tramp seçkilərdə uğur qazanarsa, Kiyevin və ya AB-nin rəyindən asılı olmayaraq, sülh danışıqları aparılacaq”. Bunu Çexiya Prezidenti Pyotr Pavel deyib. Onun fikirləri maraqla qarşılanıb və müzakirələrə yol açıb.Bəs görəsən, ABŞ-da Tramp prezident seçilsə, bu, Rusiya-Ukrayna müharibəsinə necə təsir göstərəcək

Mövzunu "Den.az"a şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, Tramp prezident seçiləcəyi təqdirdə atəşkəs əldə ediləcəyini hələ bir müddət öncədən bəyan edib: "Onsuz da Ukraynanın vəziyyəti çətindir. Əgər Tramp prezident seçilsə, o zaman vəziyyət daha da acınacaqlı olacaq. Ümumiyyətlə, cəbhə xəttindəki uğursuzluq və əks-hücum əməliyyatlarının istənilən nəticəni verməməsi Ukraynanı çətin duruma salıb. Eyni zamanda Qərb tərəfindən əvvəlki dəstək sərgilənmir. ABŞ-ın diqqəti isə İsrail-Fələstin müharibəsinə yönəlib. Həmçinin 2024 seçkilər ilidir. Belə ki, Rusiya və ABŞ seçkilərə gedəcək. Tayvanda seçkilərin keçirilməsi isə Çinin və ABŞ-ın diqqətini ora yönəldəcək. Çünki Tayvan növbəti qarşıdurma ocağına çevrilə bilər. Ona görə də, vaxt Ukraynanın əleyhinə işləyir. Belə olan halda isə atəşkəsin əldə olunması ən doğru qərara çevrilə bilər".

Günəş Fərəh
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar