17 
apr
2024
21:04
2 210

Buraxılış imtahanlarında 53 nəfər şagirdin 300 bal toplaması yaxşı hal deyil-EKSPERTDƏN İLGİNC AÇIQLAMA

17 apr, 2024
21:04
2 210

Buraxılış imtahanlarında 53 nəfər şagirdin 300 bal toplaması yaxşı hal deyil-EKSPERTDƏN İLGİNC AÇIQLAMA

Bildiyimiz kimi bu il keçirilən buraxılış imtahanlarında 53 nəfər şagird 300 bal toplayaraq maksimum nəticə göstərib.
Buna səbəb olaraq bu il keçirilən buraxılış imtahanlarında salınan sualların Dövlət İmtahan Mərkəzi( DİM ) tərəfindən daha sadə şəkildə hazırlanması qeyd edilir.

Mövzu ilə bağlı Den.az-a təhsil üzrə ekspert Elçin Murad aydınlıq gətirib.

İlk dəfə olaraq 53 abituriyent imtahanın birinci mərhələsində maksimum balı, yəni 300 balı toplayaraq müvəffəqiyyət əldə etdi. Əvvəlki illərlə müqayisədə abituriyentlərin nəticəsinin yüksək olmasının səbəbi olaraq buraxılış imtahanı suallarının səviyyəsinin çətin olmadığı bunun əyani göstəricisidir. Sualların səviyyəsinin abituriyentlər üçün rahat olması yüksək bal toplayanların da sayının artmasına gətirib çıxardı. Əlbəttə, abituriyentləri qarşıda imtahanın ikinci mərhələsi gözləyir. İkinci mərhələnin, yəni blok imtahanının hansı ağırlıqda olacağı hələlik məlum deyil.
Lakin suallar  buraxılış imtahanında olduğu kimi daha sadə şəkildə olsa blok imtahanında da yüksək nəticə göstərənlər çox olacaq, buda balların yüksəlməsinə səbəb ola bilər.

Digər bir tərəfdən isə yüksək bal yığanların sayının çoxluğu ixtisas seçimində abituriyentlər arasında böyük bir sensasiyaya səbəb olacaq deyə ekspert qeyd edib.Təhsil eksperti abituriyentlərin ixtisas seçimində son dərəcə diqqətli olmalarını da bildirib.


Şahnaz Əliyeva
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar