apr
2024
11:45
202

DİM buraxılış imtahanının nəticəsini açıqlayacaq - 50 min şagirdin gözlədiyi CAVAB

1 apr, 2024
11:45
202

DİM buraxılış imtahanının nəticəsini açıqlayacaq - 50 min şagirdin gözlədiyi CAVAB

Dövlət İmtahan Mərkəzi (DİM) martın 3-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirsə də, nəticələrin açıqlanması uzanır.

Bəs nəticələr nə vaxt açıqlanacaq?

DİM-dən Den.az-a bildirilib ki, 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrinin bu həftə ərzində elan olunması nəzərdə tutulur.

“Qeyd edək ki, imtahan nəticələri hazır olan kimi elan olunur, dəqiq vaxt demək mümkün deyil”, - mərkəzdən deyilib.
 
Xatırladaq ki, martın 3-də respublikanın 30 şəhər və rayonda 11-ci sinfi bu il bitirən 52 mindən çox şagird buraxılış imtahanı verib. İlk dəfə olaraq Ağdərə rayonunun Talış kənd tam orta məktəbində də buraxılış imtahanı keçirilib.

Şahnaz Əliyeva
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar