“Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) sədri Araz Paşayev son iclasda belə bir qərar da verib ki, sentyabrın 16-da bütün təhsil müəssisələri üzrə məktəbə gedəcək şəhid övladları ATİAHİ tərəfindən məktəbli forması ilə təmin ediləcək. Bütün şəhid övladlarına həm qış, həm yay mövsümü üçün, yəni 2 dəst məktəbli forması veriləcək”.
Den.az-ın məlumatına görə, bu sözləri sentyabrın 10-u Lənkəranda keçirilən Lənkəran-Astara Regional Təhsil İdarəsinin ənənəvi sentyabr konfransında çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə deyib.
Çıxışına konfrans iştirakçılarına ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayevin salamlarını çatdırmaqla başlayan Mirzə Cəfərzadə bir neçə yeni məlumatı da təhsil işçilərinin nəzərinə çatıdırıb.
“Biz həmişə çalışmışıq ki, təhsil sahəsində çalışan çox zəhmətkeş müəllimlərimiz gərgin iş rejimi ilə yanaşı həm də mənalı istirahət etsinlər, yaxşı müalicə olunsunlar. Yeni bir məlumatı da sizə verim ki, ittifaqımızın bu il Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” İstirahət Mərkəzində əlavə bir yeni korpusu tikilib və artıq növbəti ildən 800 nəfər təhsil işçisinin eyni vaxtda, çox müasir, yüksək səviyyədə tikilmiş korpusda istirahətini təmin edəcəyik.
Qeyd edim ki, Azərbaycanın bir çox rayonlarında, eləcə də Lənkəran, Astara, Masallı zonasında bronxial xəstəliklərdən, tənəffüs orqanlarının xəstəliklərindən əziyyət çəkənlər çoxdur, bunu nəzərə alaraq Naxçıvanda Duzdağ deyilən ərazidə müasir istirahət kompleksi var, o kompleksdə bina almışıq, artıq bir qrupumuzu ora dincəlməyə və müalicəyə göndərmişik. Növbəti illərdən daha çox üzvümüzün istirahətini, müalicəsini təmin edəcəyik".
Şahnaz Əliyeva
Den.az
Bütün şəhid övladları məktəbli forması ilə təmin ediləcək

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.