Artıq 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb və bu ilki imtahanlarda parlaq nəticə göstərən şagirdlər sırasında Aişə Məmmədlinin adı xüsusi ilə fərqlənir. O, maksimum nəticə göstərən 23 nəfərdən biri olub və bu uğuruyla təhsil aldığı məktəbi və doğma şəhəri Sumqayıtı fəxarətlə təmsil edib. Aişə Məmmədli hazırda Sumqayıt şəhərində yerləşən 34 saylı tam orta məktəbin 11-ci sinif şagirdidir. Onun əldə etdiyi yüksək nəticə təkcə şəxsi nailiyyət deyil, həm də müəllimlərinin əməyi və məktəbin ümumi təhsil səviyyəsinin göstəricisidir.
Şagirdlə xüsusi görüşə gələn Sumqayıt təhsil sektorunun müdiri İman Ağayev bildirdi ki, buraxılış imtahanları ölkə üzrə minlərlə şagirdin bilik səviyyəsini qiymətləndirmək məqsədi daşıyır. Bu imtahanlarda mükəmməl nəticə göstərmək, həm güclü baza biliyi, həm də intizam və çalışqanlıq tələb edir. Aişə bu keyfiyyətlərin hər birini özündə cəmləşdirərək, gələcəkdə böyük uğurlara imza atacağının siqnalını verib.
Ailəsi, müəllimləri və məktəb rəhbərliyi Aişənin bu nailiyyətindən böyük qürur duyurlar. Məktəbin direktoru Afiq İsmayılov bildirib ki, Aişənin bu uğuru digər şagirdlər üçün də gözəl bir nümunədir:
Direktorun sözlərinə görə Aişənin əzmi və çalışqanlığı göstərir ki, istənilən şagird böyük hədəflərə çata bilər. Bu nəticə bizim məktəbin və Sumqayıtın təhsil sisteminin keyfiyyətini əks etdirir."
Aişənin özü isə bu nailiyyətə çatmasında ona dəstək olan hər kəsə təşəkkür edib.
Yüksək nəticə göstərən Əli Paşayevi isə 300 baldan yalnız bir sula ayırıb.
Azərbaycan təhsilində belə uğurlar sevindirici haldır. Gənc nəsil arasında yüksələn bu cür parlaq şagirdlər ölkənin gələcəyinə olan inamı daha da gücləndirir.