Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə növbəti vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, vakansiya seçimi mərhələsi 8–10 avqust tarixlərində keçirilib və faktiki yaşayış yeri nəzərə alınmaqla həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrini əhatə edib.
Mərhələnin nəticələrinə əsasən, 2 058 namizəd uğur qazanaraq müsahibədə iştirak hüququ əldə edib.
Bu mərhələdən keçməyən və ya vakansiya seçimində iştirak etməyən namizədlər müsabiqənin növbəti mərhələsinə qatıla biləcəklər.
MÜTDA-nın məlumatına görə, müəllimlərin işə qəbulu müsabiqəsi üzrə ümumi vakansiya seçimi mərhələsi 12–15 avqust tarixlərində keçiriləcək.

