Azərbaycanda 2026–2027-ci tədris ili üzrə məktəblərin I siniflərinə mayın 6-da başlayan elektron qəbul sentyabrın 3-də saat 18:00-da başa çatacaq.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, indiyədək 124 mindən çox uşaq I sinfə qəbul olunub.
Qəbul prosesi elektron qaydada www.mektebeqebul.edu.az portalı vasitəsilə həyata keçirilir.
İnternetə çıxışı olmayan vətəndaşlar müvafiq alternativ qeydiyyat mərkəzlərinə, Agentliyin və yerli idarələrin çağrı mərkəzlərinə, eləcə də “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
Agentliyin məlumatında qeyd olunub ki, üzrlü səbəblərdən I sinfə qəbul prosesindən vaxtında keçə bilməyən uşaqlar üçün elektron qəbul sentyabr ayı ərzində yenidən aktivləşdiriləcək.

