Azərbaycanda 2026–2027-ci tədris ili üçün I sinfə qəbul 6 maydan başlayır.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə həyata keçiriləcək və ölkə üzrə bütün ümumi təhsil müəssisələrini əhatə edəcək.
Qeyd olunub ki, bu il Azərbaycan bölməsi üzrə təxminən 81 min uşaq məktəbəqədər qruplardan avtomatik olaraq I sinfə keçirilir.
Agentlik valideynlərin diqqətinə çatdırıb ki, qeydiyyat zamanı uşağın şəxsiyyət vəsiqəsinin olması mütləqdir. Məqsəd isə məktəbə qəbul prosesinin hər bir valideyn üçün əlçatanlığını təmin etməkdir.

