16 
apr
2024
00:31
133

Tbilisidəki aksiyada vəziyyət gərginləşir - FOTO+Saxlanılanlar var

16 apr, 2024
00:31
133

Tbilisidəki aksiyada vəziyyət gərginləşir - FOTO+Saxlanılanlar var

Gürcüstan parlamentinin binası yaxınlığındakı etiraz aksiyasında vəziyyət vaxtaşırı gərginləşir.

Den.az “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bir neçə dəqiqə əvvəl parlamentin hüquq məsələləri komitəsinin spikeri “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini dəstəklədiyini elan edib.

Bundan sonra vətəndaşlar polis barriqadasını aşaraq partlayıcı vasitələrdən istifadə ediblər.

Polis 10-dək aksiya iştirakçısını saxlayıb, əraziyə çox sayda xüsusi təyinatlı polis qüvvələri cəlb edilib.

Qeyd edək ki, aksiya iştirakçıları “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edir və onun qəbuluna imkan verməyəcəklərini bildirirlər.





Bizimlə əlaqə saxlayın

Çox oxunanlar