İrəvanda yenidən hökumət əleyhinə etiraz aksiyası keçirilir.
“Den.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, aksiya iştirakçıları paytaxtda bir neçə küçəni bağlayıb.
Aksiya keçirilən ərazilərə çox sayda polis cəlb olunub. Hökumət binasının qarşısında isə canlı sədd qurulub.
Polis Sarıyan küçəsində etirazçılarla yolu bağlayan müxalif “Ana Ermənistan” partiyasının lideri Andranik Tevanyanı saxlayıb. Ümumilikdə 26 etirazçı polis bölməsinə aparılıb.
Xatırladaq ki, artıq 3 gündür ki İrəvanda ölkənin Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir.
***
İrəvan polisi aksiya iştirakçılarını saxlamağa davam edir.
“Sputnik Ermənistan”ın məlumatına görə, saxlanılanlar arasında ölkənin ikinci Prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan da var.
***
Saxlanılanların sayı 84 nəfərə çatıb.
Koçaryanın oğlu da aksiyada saxlanıldı - Fotolar - Yenilənib

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.