Gürcüstan Prezidenti Azərbaycana Rəsmi Səfəri olacaq...
Gürcüstan Prezidenti Mixail Kavelaşvili aprelin 15-16-da Azərbaycana ilk rəsmi səfərini həyata keçirəcək.
Den.az xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı Kavelaşvilinin administrasiyasına istinadən məlumat yayıb.
Səfər çərçivəsində Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Həmçinin, onun Azərbaycanın Baş Naziri Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova ilə yüksək səviyyəli təkbətək və geniş tərkibdə görüşlər keçirməsi planlaşdırılıb.
Prezidentin rəhbərlik etdiyi gürcü nümayəndə heyətinə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya, parlament üzvləri Givi Mikanadze, Zaur Darqali və Savalan Mirzoyev daxildir.