24 
apr
2024
10:02
71

Japarov Azərbaycana yola düşdü

24 apr, 2024
10:02
71

Japarov Azərbaycana yola düşdü

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfərə yola düşüb. 

“Den.az” xəbər verir ki, bu barədə məlumatı Qırğızıstan prezidentinin Mətbuat xidməti yayıb. 

Bildirilir ki, Japarovun rəhbərlik etdiyi nümayəndə heyətinə 11 nazir və bir neçə dövlət rəsmisi daxildir. 

Xatırladaq ki, Qırğızıstanın dövlət başçısı aprelin 24-25-də Azərbaycanda səfərdə olacaq. O, Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq. Görüş zamanı iki və çoxtərəfli əməkdaşlığa dair aktual məsələlər müzakirə ediləcək. Japarovun, həmçinin Ağdamın Xıdırlı kəndində orta məktəbin təməlqoyma mərasimində iştirakı gözlənilir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar