Hindistan və Pakistanın yüksək rütbəli hərbi rəsmiləri telefon danışığı aparıb.
Den.az xəbər verir ki, tərəflər təcavüzkar hərəkətlərdən çəkinməyə və atəşkəs rejimini qorumağa razılaşıblar. “İndian Express” qəzetinin məlumatına görə, telefon danışığı Hindistan ordusunun general-leytenantı Raciv Ghai və Pakistan ordusunun general-mayoru Kaşif Çaudri arasında gerçəkləşib. Tərəflər atəşkəsə əməl etməklə yanaşı sərhəddə və ondan kənarda qoşunların sayını azaltmağı nəzərdən keçirmək barədə razılığa gəliblər.
Qeyd edək ki, Hindistan Pahalqam rayonunda 26 nəfərin ölümü ilə nəticələnən terror aktının Pakistan tərəfindən təşkil edildiyini irəli sürmüş və buna cavab olaraq Pakistan ərazisini və Pakistanın nəzarətində olan Azad Kəşmir bölgəsini bombalamışdı. İki ölkə ABŞ-nin vasitəçiliyi ilə atəşkəs elan edib.