Pakistan Hindistanla münaqişə üzrə BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırır.
Den.az xəbər verir ki, bu barədə “NEXTA” məlumat yayıb.
Bunun səbəbi Pahalqamda 25 hindistanlının və 1 Nepal vətəndaşının ölümünə səbəb olan terror aktıdır. Hindistan terror hadisəsinə görə “Ləşkər-ə-Tayyiba” qruplaşmasını günahlandırıb və Pakistan kəşfiyyatının bu hadisədə əli olduğuna eyham vurub.
Bu fonda Rusiya da məsələyə müdaxilə edib: XİN başçısı Sergey Lavrov pakistanlı həmkarı ilə telefon danışığı apararaq Moskvanın Yeni Delhi ilə İslamabad arasında gərginliyin azaldılmasında kömək etməyə hazır olduğunu bildirib.