Hindistan və Pakistan ABŞ-nin vasitəçiliyi ilə tam və dərhal atəşkəs barədə razılığa gəliblər.
Den.az xəbər verir ki, bu barədə Bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
“Mən hər iki ölkəni sağlam düşüncə və yüksək məntiqlilik nümayiş etdirdiklərinə görə təbrik edirəm, bu mühüm məsələyə diqqətinizə görə təşəkkür edirəm!", - deyə o qeyd edib.
Bundan başqa, Pakistanın baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar Hindistanla atəşkəsi təsdiqləyib